• $ 1.7
  • € 1.9767
  • ₽ 0.021982
  • ₺ 0.0399
  • £ 2.2619

Fələstin Dağlıq Qarabağdakı qondarma "parlament seçkiləri"ni tanımır

Fələstin Dağlıq Qarabağdakı qondarma
29.05.2020 10:45
Fələstin Dövləti işğal edilmiş Dağlıq Qarabağda qondarma "parlament seçkiləri"ni tanımır və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir.

Bunu Trend-ə Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim separatçı Dağlıq Qarabağ rejimi tərəfindən mayın 3-nə təyin edilən "seçkilər"i şərh edərkən deyib.

Onun sözlərinə görə, Fələstin Dövləti Dağlıq Qarabağı və müvafiq olaraq orada keçirilən seçkiləri tanımır: "Fələstin bu məsələ üzrə mövqeyini dəfələrlə ifadə edib. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq tanınmış ərazisidir. Biz Azərbaycanın Ermənistanı BMT Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərin azad edilməsi üzrə qətnamələrini yerinə yetirməyə çağırmaq cəhdlərini dəstəkləməyə davam edirik".

Səfir qeyd edib ki, Azərbaycana dəstək əlaməti olaraq Fələstinin Ermənistanla diplomatik əlaqələri yoxdur: "Fələstinin ərazisi də işğal altındadır və Fələstin işğalı dəstəkləyə bilməz. Biz Azərbaycanın ərazi bütövlüyünü pozan hər hansı fəaliyyəti heç vaxt qiymətləndirə bilmərik. Bu, ölkəmizin aydın mövqeyidir. Bunu Prezident Mahmud Abbas da Azərbaycana səfəri zamanı deyib".


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
Siyasət 00:05
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 22:47
Paşinyan İlham Əliyevə təşəkkür edib
Azərbaycan və Macarıstan Ətraf mühitin qorunması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb - Yenilənib
Siyasət 20:29
Azərbaycan və Macarıstan Ətraf mühitin qorunması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb - Yenilənib
Azərbaycanın Tailanddakı səfirliyinin açılış mərasimi keçirilib
Siyasət 18:20
Azərbaycanın Tailanddakı səfirliyinin açılış mərasimi keçirilib
Baş nazir Türkmənistandadır
Siyasət 15:52
Baş nazir Türkmənistandadır
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Siyasət 15:11
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Prezident sərəncam imzalayıb
Siyasət 14:34
Prezident sərəncam imzalayıb
Ceyhun Bayramov Macarıstan prezidenti ilə görüşüb
Siyasət 14:25
Ceyhun Bayramov Macarıstan prezidenti ilə görüşüb
Prezident Qurbanqulu Berdiməhəmmədova zəng edib
Siyasət 12:29
Prezident Qurbanqulu Berdiməhəmmədova zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol