Yaxın aylarda Ermənistanda Fələstin Administrasiyasının səfirliyi açıla bilər.
Modern.az Ermənistanın "Jamanak” qəzetinə istinadən məlumat verir ki, bu barədə Fələstinin Böyük Britaniyadakı erməni əsilli səfiri Manuel Qasesyan məlumat verib.
"Şərq” jurnalına özəl açıqlaması zamanı Manuel Qasesyan Mahmud Abbasdan iki ölkə arasında münasibətləri yeniləmək üçün xüsusi tapşırıq aldığını deyib. "Yerevandakı danışıqlarından sonra səfirliyin açılması barədə razılıq əldə olunub”- deyə "Jamank” qəzeti yazır.
BMT-yə üzv 193 ölkədən 135-i Fələstinin müstəqilliyini tanıyır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !