Fələstin prezidenti hökumətin istefasını qəbul edib

22:22 | 26.02.2024
Fələstin prezidenti hökumətin istefasını qəbul edib

Fələstin prezidenti hökumətin istefasını qəbul edib

Fələstin Prezidenti Mahmud Abbas Məhəmməd Ştayyenin başçılıq etdiyi hökumətin istefasını qəbul edib.

Bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Abbas artıq müvafiq sərəncam imzalayıb.
Ştayye və onun rəhbərlik etdiyi kabinet yeni hökumətin tərkibi təsdiqlənənə qədər öz vəzifələrini icra etməyə davam edəcək.
Agentlik həmçinin iddia edir ki, Ştayye istefa ərizəsini bazar ertəsi Ramallahda görüş zamanı Abbasa təqdim edib.

Bu gün səhər Ştayye istefa verdiyini elan edib və vurğulayıb ki, onun fikrincə, rəhbərlik etdiyi hökumət öz fəaliyyəti dövründə, Qəzzada eskalasiyanın yeni raundu fonunda üzləşdiyi çətinliklərə baxmayaraq vətəndaşların tələbləri ilə Fələstin xalqının hüquqlarının müdafiəsi arasında tarazlığa nail ola bilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM