Fələstindən tarixi qələbə

13:27 | 01.04.2015
Fələstindən tarixi qələbə

Fələstindən tarixi qələbə

Fələstin dövləti 1 apreldən etibarən Beynəlxalq cinayət məhkəməsinin (BCM) tam hüquqlu üzvü olub.

ANS PRESS-in məlumatına görə, Tass agentliyi xəbər verir ki, bu barədə BCM-in ictimai məlumat şöbəsinin rəhbəri Sonya Robla bildirib.

"Ənənəyə uyğun olaraq biz Fələstinin üzv qəbul olunması ilə əlaqədar daxili tədbir keçirəcəyik, lakin tədbir ictimaiyyət və mətbuat nümayəndələrinə açıq olmayacaq”- deyə Robla ölkə üçün sevindirici xəbərə şərh verib.

Artıq Fələstin dövlətinin BMT-dəki daimi nümayəndəsi olan Riyad Mansur BCM katibliyinə Roma statusuna qəbul olması barədə sənədləri təqdim edib. Bununla Fələstin BCM-in 123-cü üzvü olub.

Qeyd edək ki, Roma statusu BCM-in təsis etdiyi beynəlxalq mükafatdır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM