Qəzada və Qərb Sahilində yaşayan fələstinlilər Ariel Şaronun ölümünü bayram edirlər.
ANN.Az-ın "euronews.com"a istinadən verdiyi xəbərə görə, İsrailin keçmiş baş nazirinin fotolarını yandırmaq üçün insanlar bir yerə toplaşıblar. Ramallahın Qərb Sahili şəhərinin sakinləri xəbəri böyük coşğuyla qarşılayıblar.
"Dünya, fələstinliləri kəsib doğrayan qəssabı itirdi, məsələ budur. Bizim onunla işimiz qurtardı", - fələstin sakini mətbuata açıqlamasında deyib.
Şaron Yaxın Şərqdə ən çox nifrət edilən şəxslərdən biri və Fələstinin müstəqillik ümidlərini tapadalayan şəxs kimi tanınır. O, Livana, Qərb Sahilinə və Qəzaya hərbi hücumlar həyata keçirmiş və fələstinlilərin dövlət qurmaq istədikləri ərazilərdə yəhudi yaşayış məskənləri yaratmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !