FEMEN müsəlmanların konfransını dağıtdı

11:21 | 14.09.2015
FEMEN müsəlmanların konfransını dağıtdı

FEMEN müsəlmanların konfransını dağıtdı

FEMEN təşkilatının iki fəalı Parisin şimali-qərbində Pontuazda müsəlman din xadimlərinin çıxışını pozublar, Oxu.Az xarici KİV-nə istinadən xəbər verir.

Qadınlar səhnəyə sıçrayaraq, ərəb və fransız dillərində şüarlar çığırmağa başlayıblar.

Fəalların bədənlərində "Kimsə mənə sahib deyil, mən özüm özümün peyğəmbəriyəm” şüarı yazılmışdı.

Tədbirin mühafizəçilərinin müdaxiləsindən sonra aksiya dayandırılıb.

Fransız KİV-nin verdiyi məlumata, əsasən qızları hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşlarına təhvil veriblər. İndi onlar yerli polis məntəqəsindədirlər.

Vald-dUazdepartamentində müsəlman konfransı şənbə günü başlayıb və iki gün davam edəcək. Bu il konfrans qadının islamdakı roluna həsr edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti