"Fənərbağça"nın əsas qapıçısı əməliyyat olunacaq

23:00 | 17.04.2023

"Fənərbağça"nın əsas qapıçısı əməliyyat olunacaq

Türkiyənin "Fənərbağça" klubunun əsas qapıçısı Altay Bayındır əməliyyat olunacaq.

İstanbul təmsilçisinin rəsmi saytı xəbər verir ki, 26 yaşlı qolkiper belindən cərrahi müdaxiləyə ehtiyac duyacaq.

Buna oyunçunun ağrılarının artması səbəb olub.

 Altay Bayındır cari mövsüm "Fənərbağça"nın heyətində 38 matçda iştirak edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM