Anews.az APA-ya istinadən xəbər verir ki, Türkiyə Basketbol Federasiyasının intizam komitəsi oyun zamanı protokol tribunasında baş vermiş hadisələri müzakirə edib. Müzakirələr nəticəsində "Fənərbaxça" prezidenti Aziz Yıldırımın 6 ay müddətinə diskvalifikasiya edilməsinə qərar verilib. O, həm də 40 min lirə cərimələnib.
"Yaxın Doğu Universiteti" basketbol komandasının prezidenti İşık Eyigüngör də 1 ay müddətinə diskvalifikasiya edilib və 7500 lirə cərimələnib.
Qeyd edək ki, basketbol qarşılaşmasından əvvəl "Fənərbaxça" və "Yaxın Doğu Universiteti" komandalarının prezidentləri arasında insident baş verib. "Fənərbaxça" prezidenti Aziz Yıldırım həmkarını şillə ilə vurub. Bunun ardınca hər iki prezident və onlarla birlikdə olan şəxslər arasında dava düşüb.
"Yaxın Doğu Universiteti" komandasının prezidenti Anadolu prokurorluğuna şikayət edib. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !