Fənərbaxça”nın baş məşqçisi millimizi çalışdıra bilər

18:30 | 30.01.2020
Fənərbaxça”nın baş məşqçisi millimizi çalışdıra bilər

Fənərbaxça”nın baş məşqçisi millimizi çalışdıra bilər

AFFA-nın futbol üzrə milli komandamızın baş məşqçi postuna namizədlərdən daha birinin adına aydınlıq gəlib.


Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, namizədlər arasında "Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal da var.


Onu da bildirək ki, Ərsun Yanal 2018-ci ilin dekabrından bu klubun başına keçib. Onun müqaviləsi cari mövsümün sonunda başa çatacaq.


Qeyd edək ki, daha əvvəl ölkə mətbuatında rusiyalı Oleq Kononovun, xorvatiyalı Branko İvankoviçin, həmçinin italiyalılar – Covanni de Byazi, Luici di Byaco və Sezare Prandellinin AFFA-nın 32 nəfərdən ibarət namizədlər siyasıhında yer aldığı ortaya çıxıb.


Bu namizədlərdən Branko İvankoviç artıq özünə iş yeri tapıb. O, yanvarın 19-dan Oman millisinə baş məşqçi təyin olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM