"Fənərbaxça"nın qapıçısı Belçika klubuna keçib

20:30 | 20.07.2019
Türkiyənin "Fənərbaxça" klubunun qapıçısı Berke Özer karyerasını Belçikada davam etdirəcək. 

APA-nın məlumatına görə, 19 yaşlı futbolçu "Vesterlo" ilə müqavilə imzalayıb. 

O, 2019/2020 mövsümün icarə əsasında bu komandada keçirəcək. Qapıçının məvacibi açıqlanmayıb. 

Qeyd edək ki, B. Özer Türkiyənin aşağı yaş üzrə yığmalarında forma geyinib. O, "Fənərbaxça"ya ötən mövsüm "Altınordu"dan transfer edilib. 

www.anews.az
loading...