Fərda Amin "Selfinaz 2" ilə gəlir - "Ruhunuzu qıdıqlayacağam"

10:17 | 26.01.2022
Fərda Amin

Fərda Amin "Selfinaz 2" ilə gəlir - "Ruhunuzu qıdıqlayacağam"

Aktyor Fərda Amin çoxdandır gözlənilən "Selfinaz 2" adlı "Stand up" şousu ilə tamaşaçıları bir araya yığacaq.

Tamaşa, "Artlemma Film" tərəfindən həyatə keçiriləcək. Fərda Amin və Təvəkkül T. Mehrəliyevə aid olan ssenari 5 ilə ərsəyə gəlib. Yaradıcı heyətin sözünə görə, məhz "Selfinaz 2” də Azərbaycan "Stand up" dünyasında yeni bir mərhələ hesab ediləcək. Tamaşanın rejissorluğunu Təvəkkül T. Mehrəliyev, baş prodüserliyini isə Resan Mehrəliyev edəcək. 

Gülüşün onun üçün ən qiymətli duyğu olduğunu bildirən Fərda, baş tutacaq gecə ilə bağlı fikirlərini bölüşüb:

"Mən də hamınız kimi Allahın əsəriyəm. "Selfinaz 2" bu əsərin yenilənmiş təqdimatıdır. Gülüşün dadı ürəkdən gülməkdə yox, ruhun gülməyidir. Ruhunuzu qıdıqlayacağam”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb