Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı təhlükəsizlik təmin edilməlidir. Bunu deputat Pərvanə Vəliyeva deyib.
"Kibertəhlükəsizlikdən danışanda data bilgilərimizin qorunması daha vacib amil olmalıdır. Bu gün kiberhücumlar ən güclü silah hesab olunur. Ölkədə fərdi məlumatların qorunması ilə bağlı təhlükəsizlik təmin edilməlidir. Fərdi məlumatların toplanması asanlaşıb. Bir hesabla hnsısa bir platformada qeydiyyatdan keçirsən, bu zaman digər platformalarada qeydiyyatın inteqrasiya olunur. Bir platformada nəyə baxırsansa digər platformada ona uyğun məlumatlar sənə sırınır. Seçilmələrin pozulması baş verir"", - deputat oktyabrın 21-də Milli Məclisdə Milli Məclisdə keçirilən "COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !