Vergilər Nazirlyi fərdi xidmətlər göstərən şəxslərdən vergi tutulması mexanizmlərini hazırlayır. Trend-in məlumatına görə, bunu vergilər nazirinin birinci müavini Natiq Əmirov jurnalistlərə deyib.
N.Əmirov bildirib ki, biz dayələrin, repetitorların, ustaların və digər şəxslərin göstərdikləri xidmətlərdən hansı formada vergi tutulacağını müzakirə edirik: "Bu, patentlər, sadələşdirilmiş bəyannamə və s. ola bilər. Bu sahədə beynəlxalq təcrübə öyrənilir və yekun qərar hələ qəbul edilməyib".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !