Aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat başqanının müavini Fərəc Kərimlinin məhkəmə prosesi davam etdirilib. Məhkəmədə başqan müavininə dəstək olmaq üçün çoxlu sayda partiya fəalı da iştirak edirdi.
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib və Fərəc Kərimliyə qarşı irəli sürülmüş ittihamların sübuta yetirildiyini bildirib.
Çıxışının sonunda prokuror Müsavat başqanının müavini Fərəc Kərimliyə 7 il 6 ay müddətinə həbs cəzasının verilməsini tələb edib.
Müdafiə tərəfinin vəkili Nemət Kərimli çıxışa hazır olmadığını bildirib. Bu səbəbdən də məhkəmə prosesi 6 may saat 12:00-a qədər təxirə salınıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !