Fərəc Kərimov 3 ay müddətinə həbs olunub

18:22 | 25.07.2014
Fərəc Kərimov 3 ay müddətinə həbs olunub

Fərəc Kərimov 3 ay müddətinə həbs olunub

İyulun 23-də tutulan müsavatçı Fərəc Kərimovun barəsində 3 ay həbs qətimkan tədbiri seçilib. Məlumatı “Media forum” saytına vəkil Nemət Kərimli verib.Nemət Kərimli bildirib ki, prosesin iyulun 24-də Nərimanov Rayon Məhkəməsində keçirildiyi bəlli olub: “Fərəcə satış məqsədi ilə narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. İyulun 25-də Baş Prokurorluqda oldum, Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladım. Bildirdi ki, Fərəc Kərimovun saxlanması haqqında heç bir məlumatları yoxdur. Daha sonra məlumat aldım ki, Fərəc iyulun 23-dən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıb. Barəsində həbs qətimkan tədbiri seçiləndən sonra harada saxlanıldığı bilinmir”.Fərəc Kərimov “Musavat.org.az” saytının idarəçisidir, bloqçudur. İyulun 17-də onun qardaşı Sirac Kərimli də tutulub. O, satış məqsədilə külli miqdarda narkotik maddənin dövriyyəsində ittiham edilir.

Fərəc və Sirac qardaşlarının müdafiəçiləri həbsləri siyasi motivlərlə bağlayır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM