Fərəc Quliyev təkrar seçkidə iştirak edəcəyini açıqladı

16:53 | 27.02.2020
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev təkrar seçkidə iştirak edəcək.

Anews.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, partiya sədri ləvğ olunmuş dairələrdə təkrar keçiriləcək seçkilərdə hansı dairədən namizədliyini irəli sürəcəyini hələ müəyyənləşdirməyib:

"Partiya olaraq biz keçirilən bütün seçkilərə qatılırıq. Ləvğ olunmuş dairələrdə partiyamız iştirak edəcək. Amma kimin hansı dairədən namizədliyini irəli sürəcəyini dəqiqləşdirməmişik”.

Qeyd edək ki, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev parlament seçkilərinə qatılmışdı. O, namizədliyini 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürmüşdü. Həmin dairədən deputatlığa namizəd Mehman Hüseynov və daha iki namizədin şikayəti əsasında Mərkəzi Seçki Komissiyası Fərəc Quliyevə xəbərdarlıq etmişdi. Bundan sonra onun namizədliyi ləvğ edilib.

www.anews.az

Xəbər lenti