Fərhad Əhmədovun 150 milyonluq şirkətini məhkəməyə verdilər

17:13 | 25.11.2022
Fərhad Əhmədovun 150 milyonluq şirkətini məhkəməyə verdilər

Fərhad Əhmədovun 150 milyonluq şirkətini məhkəməyə verdilər

Son günlər mətbuatda barəsində müxtəlif informasiyalar yayılan azərbaycanlı milyarder Fərhad Əhmədova məxsus olan Teymur Əhmədov adına "Aznar” QSC-yə qarşı məhkəmə iddiası qaldırılıb.

 "Aznar” QSC-yə qarşı qaldırılan məhkəmə iddiasına 19.12.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq. Məhkəmə iddiası alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırılıb.

Teymur Əhmədov adına "Aznar” QSC isə 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 149 milyon 987 min 312 manat olan QSC-nin qanuni təmsilçisi isə Teymur Fərəc oğlu Əhmədovdur.


"Forbes” nəşrinə görə hazırda 1,7 milyard dollar sərvəti olan Fərhad Əhmadov 15 sentyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlığı atasının işlədiyi Göyçay şəhərində keçib. Fərhad Əhmədovun atası – Teymur Fərəc oğlu Əhmədov uzun illər ərzində rəhbər vəzifələrdə işləyib. Son vəzifəsi tikintisinə rəhbərlik etdiyi Göyçay Konserv zavodunun direktorluğu olub. 1969-cu ildə zavodun ilk direktoru olub. Teymur Əhmədov 1971-ci ildə sosialist əmlakının talanması ittihamı ilə həbs olunub və ən yüksək cəza tədbirinə – güllələnməyə məhkum edilib. Hökm 1973-cü ildə icra olunub.

Vətən Müharibəsindən sonra minaya düşərək şəhid olan polkovnik, korpus komandirinin müavini Babək Səmidlinin səs yazısını yaydığı üçün Fərhad Əhmədovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dindirildiyi bildirilir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb