Fərid Osmanov rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib

17:39 | 27.08.2024
Fərid Osmanov rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib

Fərid Osmanov rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib

2020-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru vəzifəsində çalışan Fərid Osmanov rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib. Bu məlumatı "Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təsdiq ediblər.

Osmanov  Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib.

O həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb.

Osmanov 2005-ci ildən AMB-nin İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib.

2019-cu ilidə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi” medalı ilə təltif olunub.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM