Fərid Qayıbov Macarıstanın müdafiə nazirini qəbul edib

20:44 | 07.06.2023
Fərid Qayıbov Macarıstanın müdafiə nazirini qəbul edib

Fərid Qayıbov Macarıstanın müdafiə nazirini qəbul edib

Gənclər və idman naziri (AGIN) Fərid Qayıbov Macarıstanın müdafiə naziri Kristof Salay-Bobrovnitski və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AGİN-in mətbuat xidmətindən  verilən məlumata görə, qonaqları salamlayan nazir onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib, ölkənin gənclər siyasəti və idman uğurları barədə məlumat verib.

Kristof Salay-Bobrovnitski səmimi qəbula görə təşəkkürünü bildirib və dövlətlər arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını vurğulayıb.

Görüş zamanı iki ölkə arasında idman və gənclər sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb