Fərid Səfərli İran casusu ilə dəyişdirilib

13:07 | 21.01.2025
Fərid Səfərli İran casusu ilə dəyişdirilib

Fərid Səfərli İran casusu ilə dəyişdirilib

Azərbaycana qaytarılan Fərid Səfərli ölkədə olan İran casusu ilə dəyişdirilib. Bu barədə yerli mətbuat onun ailəsinə istinadan yazıb.  
 
Bir gün öncə  Azərbaycanın Xarici İşlər Naziriliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə məlumat yayaraq bildirib ki, 2023-cü ildə İranda həbsdə saxlanılan Fərid Səfərli Azərbaycana təhvil verilib. 
 
İranda həbs edilmiş Fərid Səfərli barəsində hökm iki il yarım müddətinə 2024-cü ilin yanvarında tətbiq edilmişdi. 
 
Fərid Səfərli Almaniyanın  Yena Universitetinin tələbəsidir. O, fevralın 20-də eyni universitetdə təcrübə keçən həkim sevgilisini görmək üçün Tehrana gedib və  burada həbs olunub. Onu  casusluq ittihamı ilə həbs ediblər. 
 
Əsgərovanın sözlərinə görə, Səfərli  bütün ittihamları rədd edib.

İyulun 19-da  məhkəmə  Fərid Səfərliyə qarşı irəli sürülmüş "casusluq” ittihamını "casusluq etmək niyyəti” ittihamı ilə əvəzləyib. 
 
Gülnar 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM