Fərman Ceyranlıya hökm oxunub

15:13 | 08.02.2018
Fərman Ceyranlıya hökm oxunub

Fərman Ceyranlıya hökm oxunub

Tbilisi şəhər məhkəməsi "Lanset” klinikasının direktoru Fərman Ceyranlının işi üzrə hökm elan edib.

Anews.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə F.Ceyranlı altı il müddətinə azadlıqdan məhrum olunub.

Azərbaycanlı həkim ona qarşı irəli sürülən dələduzluq ittihamı üzrə günahkar hesab edilib. O, həyat və sağlamlığa təhlükə barədə informasiyanın gizlədilməsi və ya yalan məlumatın verilməsi ilə bağlı digər ittiham üzrə bəraət qazanıb. 

Qeyd edək ki, cərrah F. Ceyranlı dələduzluq maddəsi ilə ötən ilin may ayında Gürcüstanda həbs olunub.

O, klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirməkdə və pasiyentlərdən aldatma yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti