Kənd Təsərrüfatı Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ölkənin müxtəlif regionlarında fermerlər üçün zərərverici orqanizmlərə qarşı mübarizə ilə bağlı təlimlər keçiriləcək. Təlimlər nazirliyin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təşkil olunur.
Təlimlərin təşkilində məqsəd Azərbaycan fermerlərini hazırda qabaqcıl kənd təsərrüfatı ölkələrində tətbiq edilən müasir, yüksək səmərəli, ekoloji cəhətdən təhlükəsiz pestisidlər haqqında məlumatlarını artırmaq, müasir metodlardan istifadə edərək mübarizə işinin təşkil etmələrinə və onlarda bitki mühafizəsi sahəsində peşəkarlıqlarının formalaşmasına yardım etməkdir.
Ölkənin bitki mühafizəsi istiqamətində çalışan mütəxəssis və alimlərinin aparacağı təlimlər əvvəlcədən müəyyən edilmiş 3 bitki - kartof, qarğıdalı və meyvə bağları üzrə Tovuz, Samux, Quba rayonunda aparılacaq. Ekstensiv təlimlər sahə nümayişləri ilə də müşayiət olunacaq.
Qida təhlükəsizliyi üçün vacib addım kimi, zərərvericilərə qarşı doğru mübarizə fermerlərin pestisidlərdən səmərəli istifadəsinə nail olmağa, hektara düşən "pestisid yükünü" azaltmağa, ətraf mühitin çirklənməsinin qarşısına almağa xidmət edəcək və becərilən məhsulun sağlamlığını qorumaqla bazarda rəqabət qabiliyyətini artıracaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !