Fermerlərə nə qədər kredit veriləcək?

16:16 | 01.04.2014
Fermerlərə nə qədər kredit veriləcək?

Fermerlərə nə qədər kredit veriləcək?

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti bu il fermerlərə 20 mln. manat kreditin verilməsi nəzərdə tutulub.Bunu “APA-Economics”ə agentliyin baş direktorun müavini Abbas Qaracayev bildirib. “Bu vəsaitin 15 mln. manatı (75%-i) əvvəlki illərdə verilmiş kreditlər hesabına veriləcək”, - deyə A. Qaracayev bildirib.Onun sözlərinə görə, agentlik tərəfindən 2007-ci ildən bu vaxta kimi 2 059 nəfərə dövlət büdcəsindən ayrılan və əvvəlki illərdə verilmiş kreditlər hesabına 85 mln. manat həcmində kredit verilib: “Onun 56 mln. manatı büdcədən ayrılıb. Qalan hissəsi əvvəlki illərdə verilmiş kreditlərin qayıdışı hesabına olub”.ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM