ANN.Az xəbər verir ki, səfirlik qarşısına toplaşan aksiyaçılar "Şiddətin bəhanəsi ola bilməz!", "Michael Brown üçün ədalət!", "Qaradərililər də yaşamalıdır!" kimi şüarlar səsləndirilib. Aksiyaçılar arasında 2011-ci ildə İngiltərədə öldürülən Mark Dugganın ailə üzvləri də olub. M.Dugganın xalası Carole Duggan səfirlik qarşısında nitq söyləyib. O, Michael Brown ailəsinə başsağlığı verib: "Sevdiyiniz bir adamın polisin əliyhlə öldürülməsinin nə olduğunu yaxşı bilirik. Bu səbəblə də Ferqyusondakı cəsur etirazçı adamlara möhkəm olmaq mesajı yollayırıq"."İrqçiliyə qarşı dayan!" adı kampaniyanı təşkil edən qrupun etiraz aksiyası insidentsiz ötüb. ABŞ səfirliyinin binası önündən sonra aksiyaçılar parlament və Nazirlər Kabineti binaları qarşısına yürüyüblər.Ferqyusonda yenidən alovlanan iğtişaşlar zamanı onlarla ev yandırılıb, çox sayda adam saxlanılıb. İğtişaşlara səbəb məhkəmənin bu ilin avqustunda qaradərili amerikalını qətlə yetirən polis əməkdaşının cinayət məsuliyyətinə cəlb olunmamasına dair qərar verməsi olub. ANN.Az