Bunu Moderator.az-a açıqlamasında "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov deyib. O daha sonra əlavə edib.
"Nizami ili olduğuna görə İctimai televiziya ilə birlikdə "Xosrov və şirin" bədii serialının çəkilişlərinə başlamışıq. Bu işlərlə paralel olaraq 8-ə yaxın sənədli film studiyamızda istehsaldadır. Bunlardan biri "Biz" sənədli filmidir ki, 26 iyunda təqdimatı oldu."Görünməyən qəhrəmanlar" adında 5 hissəli silsilə xronikal filmlərin istehsalı prossesi artıq başlayıb. Bu da ikinci vətən müharibəsində öz qəhrəmanlıqları ilə ad qazanmış döyüşçülərimizə həsr olunub. Bildiyiniz kimi Mədəniyyət Nazirliyi bu il "Böyük qayıdış" adlı ssenari müsabiqəsi elan etmişdir. Azərbaycanfilmin də iki ssenarisi qalib gəlmişdi, bunlardan biri "Fulya" sənədli filmi idi, hansı ki, son zamanlar ətrafında səs-küy yarada bildi. Biz artıq bu sənədli filmin çəkilişlərini tamamlamışıq, montaj prossesi gedir. "Fulya" bədii filmində biz 44 günlük müharibəyə yenidən qayıdacağıq. Hesab edirəm ki, sentyabr ayında bu filmi də tamaşaçılarımıza çatdıra biləcəyik. Hal-hazırda istehsalda olan filmlərimiz bundan ibarətdir, eyni zamanda müxtəlif layihələrimizə əlavə vəsaitlərin cəlb edilməsini, gələcək üçün yazılacaq yeni ssenarilərin üzərində də işlər gedir. Ortaq filmlərin istehsalı ilə bağlı danışıqlar aparılır. Belə desək bu il bizim üçün istehsal baxımından çətin, səmərəli,məsuliyyətli bir ildir.Təbii ki, çəkilən filmlərin kinoteatrlardax böyük ekranlarda göstərilməsini, təqdim edilməsini istəyirik.Əlbəttə ki, bu kinoteatrların açılmasından asılıdır" deyə direktor bildirib.
Fariz Əhmədov kinostudiyanın maddi-texniki bazasının da yeniləndiyini bildirib.
"Bu il bizim üçün ən önəmli hadisələrdən biri də o idi ki, biz maddi-texniki bazamızı yeniləyə bildik. Bu bizim üçün çox sevindirici haldır.Çünki bu gün istehsal olunan filmlərin hamısı demək olar ki, bizim yeni texnika vasitələri ilə çəkilir. Artıq dünya kinosu elə bir vəziyyətə gəlib ki, keyfiyyətli işin böyük hissəsi, hətta deyərdim ki, yarısı keyfiyyətli texnikanın üzərinə düşür.Şükürlər olsun ki, biz bu gün texniki bazanı əldə etmişik.Bunun üçün mən ölkə rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu texnika müharibə getdiyi dövrdə ölkə rəhbərliyinin göstərişi ilə alınıb. Hal-hazırda "Məryəm" filmi həmin texnikalar vasitəsilə çəkilir. Hesab edirəm ki, biz gələcək illərdə bu texnikadan gələn gəlirlər vasitəsilə öz texniki imkanlarımızı daha da genişləndirə biləcəyik" deyə Fariz Əhmədov bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !