Fətullah Gülən bir sıra ölkələrdən siyasi sığınacaq istəyib. ANS PRESS-in Takvim qəzetinə istinadən verdiyi məlumata görə, Gülən və köməkçiləri ilk olaraq Yeni Zelandiya hökumətinə üz tutublar. Yeni Zelandiyanın mənfi cavab verəcəyi ehtimalını nəzərə alaraq Fətullah Gülən eyni anda Kanadaya da siyasi sığınacaq üçün müraciət edib. Məlumata görə, Türkiyədə casusluk və vətənə xəyanətdə ittiham edilə biləcəyindən ehtiyat edən F. Gülən beləı addım atmağa məcbur olub. Gülənin siyasi sığınacaq istəyinə hələ ki, bir cavab verilməyib. Fəthullah Gülən bu barədə qərara Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın onun ABŞ-dan ekstradisiyasının mümkünlüyünü qeyd etdikdən sonra gəlib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !