"Müəllimim artıq Türkiyəyə dönün. Türkiyədə başlamış olan bu fitnəli tədbir çərçivəsində hamımıza və müəllim Gülən əfəndiyə vəzifələr düşür". ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ədalət və İnkişaf Partiyasının sədr müavini Mehmet Əli Şahin deyib. O bildirib ki, haqqında nə söylənsədə Fəthullah Gülən əfəndini çox sevirik:"Sevimli müəllimim ölkənizə geri dönün. Vətənin havasını tənəffüs edin ki, ciyərlərinizdəki mikrobları öldürsün bu təmiz hava. Türkiyədə sizin adınızından böhtanlar yayılır. Siz orada qalmağa davam etdiyiniz müddətcə çox fitnə ortaya çıxaracaqlar. Türkiyə ilə əlaqədar bir sıra məqsədləri olanlar onu və camaatı istifadə edərək Türkiyəyə zərər vermək istəyirlər. Gəlin buna bir son qoyun".Qeyd edək ki, Türkiyə mətbuatı ölkədə baş verən son rüşvət qalmaqalının arxasında F. Gülənin dayandığını iddia edib. F. Gülən isə baş verənlərlə əlaqəsinin olmadığını bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !