Türkiyənin məşhur dini icma lideri Fətullah Gülən prezident seçkilərindən öncə ölkədə yeni siyasi partiya yaradacaq. Türkiyənin nüfuzlu “Star” qəzeti belə bir iddia ilə çıxış edib. Qəzetdə yer alan xəbərə görə Türkiyənin siyasi arenasında baş verən son hadisələr, xüsusilə baş nazir Rəcəb Tayyib Ərdoğan və Fətullah Gülənin bir-birlərinə qarşı çıxması ölkə siyasətində böyük dəyişikliyə səbəb olacaq. “Türkiyədə bələdiyyə seçkilərindən sonra daşlar yerindən oynayacaq və yeni siyasi partiya yaradılacaq. Bu, siyasi arenada bir yenilik olacaq. Amma bunun ölkə üçün nə qədər faydalı olacağını isə deyə bilmərik. Bir məsələ isə aydındır. Bələdiyyə seçkilərində hakim Ədalət və inkişaf partiyası əvvəlki kimi səs toplaya bilməyəcək. Bəlkə də məğlub olacaq. Hər halda xalqın hansı partiyaya səs verəcəyi yaxın gələcəkdə bilinəcək”, - deyə qəzetdə yer alan məlumatda bildirlir.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !