Fətullah Gülən Ərdoğana “səviyyəsiz” dedi

19:43 | 23.12.2013
Fətullah Gülən Ərdoğana “səviyyəsiz” dedi

Fətullah Gülən Ərdoğana “səviyyəsiz” dedi

Nurçular təriqətinin lideri Fətullah Gülən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 17 dekabr həbslərindən sonra onu nəzərdə tutaraq işlətdiyi kəskin ifadələrə cavab verib.
Ərdoğan F.Güləni və onun Türkiyənin polis, ədliyyə və digər dövlət strukturlarında möhkəmlənmiş şəbəkəsini nəzərdə tutaraq “hininizə girib didik-didik edəcəyik”, “dövlətə paralel struktur ola bilməz”, “xarici güclərin əlində alətə çevrilmiş zavallı agent” kimi ifadələr işlətmişdi.
Fətullah Gülən ötən həftə Türkiyədə baş verənlərə görə onun adının çəkilməsinə cavab olaraq “oğurluğu görməyərək oğruların üzərinə gedənləri cəzalandıranların Allah evini yıxsın, yuvasına od salsın” deyə qarğış etmişdi.
Bu gün isə Gülən yaydığı bəyanatda Ərdoğanın “hininizə girəcəyik, didik-didik edəcəyik” hədəsinə cavab olaraq bunu “səviyyəsizlik” adlandırıb.
Fətullah Gülən Qurandan çoxsaylı sitatlar gətirəndən sonra bildirib ki, “müsəlmana “çətə” deyən, “şəbəkə” deyən, “quldur” deyən və onları hinlərinı sığınmış qorillalar kimi, meymunlar kimi görənlər bunlarla heç bir əyrini düzəldə bilməzlər”.
F.Gülən özünü nəzərdə tutaraq bildirib ki, həyatını məscid pəncərələrində, iki kvadratmetrlik taxta evcikdə keçirən insanların, başqalarının haqlarını yeməmək üçün özlərini bəlli darlıq içərisinə məhkum edənlərin o darlıqlarını “hin” deyə görənlər əslində “hin”in nədən ibarət olduğunu bilmirlər: “Bəli, belə deyəcəklər və sizə bu cür şeylərlə bəşəriyyətin vicdanında bəlli şeylərə məhkum etmək istəyəcəklər, amma bunlar hamısı səviyyəsizliyin ifadəsidir”.
Fətullah Gülən daha sonra ötən həftə etdiyi qarğışla bağlı deyib ki, onun qarğışları konkret adama yox, haqsızlıq edənlərə, oğrunu, cinayətkarı cəzalandırmaq əvəzinə oğurluğun üstünü açanları qaralayanlara yönəlmişdi: “Mən bəlli bir şeylərə inanaraq bu bədduanı etdim, özümüzü də daxil etməklə kimin səhvi varsa, Allahdan onu cəzalandırmağı istədim”. 
Virtualaz.org
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti