Fətullah Gülən Zakir Qaralova şikayət edəcək

13:48 | 26.02.2014
Fətullah Gülən Zakir Qaralova şikayət edəcək

Fətullah Gülən Zakir Qaralova şikayət edəcək

“Fətullah Gülən Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edəcək”. Bu barədə “Axar.az”a özəl mənbələrdən məlumat verilib. Məlumatda deyilir ki, şikayətin əsas səbəbi Fətullah Gülənin adından yazıldığı iddia edilən saxta məktubdur. Qeyd edək ki, məktubda Çağ Öyrətim Azərbaycan şirkətinin rəhbəri Ənvər Özərənin millət vəkili Ceyhun Osmanlıya parlament seçkiləri ərəfəsində birdəfəlik 100 min manat və aylıq 5 min manat verməsi iddia edilir. Mənbə deyir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan “xidmət hərəkatı” liderinin yaxın günlərdə Respublika Baş Prokuroru Zakir Qaralova müraciət edərək onun adından saxta sənəd düzəldənlərin cəzalanmasını istəyəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM