Fətullah Güləndən sərt sözlər: "Allah onların evini yıxsın!"

15:00 | 21.12.2013
Fətullah Güləndən sərt sözlər: "Allah onların evini yıxsın!"

Fətullah Güləndən sərt sözlər: "Allah onların evini yıxsın!"

Türkiyədə aparılan "Böyük rüşvət"lə bağlı əməliyyatda "nurçular" təriqətinin banisi və rəhbəri, hazırda ABŞ-da könüllü sürgündə yaşayan Fətulla Gülənin də adı hallanır.

Onun bəzi prokuror və polis rəislərinə bilavasitə təsir etdiyi, hətta idarə etdiyi barədə iddialar Türkiyə ilə yanaşı, Avropa və ABŞ mediasında yer alır.

Fətulla Gülən dünən özünə və "nurçular"a qarşı yönəlmiş bu iddialara çox sərt cavab verib.

Milli.Az bildirir ki, Herkul.org saytındakı müsahibəsində Fətulla Gülən deyib:

 

"Bəziləri əməliyyatla bağlı əziz dostlarımıza, dəyər verdiyimiz insanlara böhtanlar atır, ağızlarına gələni deyirlər. "Bulaşdı, bulaşmadı" məntiqi ilə, bəlkə də cinayət sayıla biləcək sözlər söylənilir. Artıq deməliyəm və deməsəm, dura bilmərəm. İndiyədək əsla söyləmədiyim sözləri deyəcəyəm.

Doktor İkbal təki, Həzrəti Piri Muğan təki biz bədduaya "amin" demərik və bu, yaşam şüarımızdır. Fəqət əgər həqiqətən də mənasız, səbəbsiz işlərə görə üstümüzə gələn insanlar dayanmırsa... Onları tanımıram, mində birini tanımıram. Lakin onlar "Hüququn və eyni zamanda sistemin, dinin və eyni zamanda demokratiyanın tələb etdiyi şeylərdir bunlar" deyərək təmizlənmə, saflanma, çirkabın o biri tərəfdə qalmasına meydan verməmək adı ilə dinin ruhuna təhqir olan işlər görülürsə, bizi də əllərində alət və qarşılarında hədəf edirlərsə... 

Biz də insanıq və mən bizə də nəzər alaraq deyirəm ki, əgər kimsə dinin ruhuna zidd iş görürsə, əməlləri Quranın təməl prinsiplərinə ziddirsə, Sünnəti-Səhihəyə ziddirsə, İslam hüququna ziddirsə, modern hüquqa ziddirsə, günümüzün demokratik qaydalarına ziddirsə, Allah bizi də, onları da yerin dibinə batırsın. Allah bəd insanların evlərini başlarına uçursun, yuvalarını başlarına yıxsın!

 

Oğrunu görmədən oğrunu tutanı təqib edənlər, cinayəti görməyib məsum insanlara ləkə atmağa və onu qaralamağa çalışanların evlərinə Allah alov salsın, yuvalarını yıxsın, birliklərini pozsun, duyğularını ürəklərində qoysun, önlərini kəssin, onlara bir şey olmağa imkan verməsin!".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb