Fətullah Gülənin məktəblərinə basqın edildi

13:00 | 19.12.2013
Fətullah Gülənin məktəblərinə basqın edildi

Fətullah Gülənin məktəblərinə basqın edildi

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları Luiziana ştatındakı məktəblərin birində axtarış apararaq məktəbin bəzi sənədlərini də götürüblər. Qaynar.info xəbər verir ki, eyni əməliyyat Texas ştatındakı məktəblərin birində də həyata keçirilib. FTB əməliyyatın səbəbini açıqlamasa da, mətbuat bunun məktəb müəllimlərinin maaşının bir hissəsinin Gülən hərəkatı tərəfindən ödənilməsi ilə bağlı ola biləcəyini irəli sürür. ABŞ-ın bir çox ştatlarında fəaliyyət göstərən dövlətdən məliyyələşən "charter" tipli məktəblərin Fətullah Gülənlə əlaqəsi olduğu bu günə qədər rəsmən qəbul edilməyib. Bu tip məktəblər dövlətdən maliyyələşsələr də, aidiyyatı qurumlarla əldə olunan razılaşmaya əməl etmək şərtilə özlərinə məxsus dərs proqramları da tətbiq edə bilirlər. Bu məktəblər müəllimlər, universitetlər və ya dərnəklər tərəfindən də qurula bilir. ABŞ mətbuatının yazdığı xəbərə görə, ilk basqın ABŞ-ın Luiziana ştatındakı "Kenilworth" Elm və Texnologiya Məktəbinə edilib. FTB agentlərinin məktəbdən çoxlu sayda qutular çıxardığı bildirilir. "Times-Picayune" qəzeti sözügedən məktəbi idarə edən Pelican Təhsil Vəqfinin Gülən hərəkatı ilə əlaqəli olduğunu bildirib. Texas ştatındakı ən böyük "charter" məktəbi olan Harmony Dövlət Məktəbində də Luzianadakı məktəblə əlaqəsi olduğu üçün axtarış aparılıb.Yerli mətbuat FTB-nin 2011-ci ildən sözügedən məktəblərin müəllimlərinin maaşlarının çox hissəsinin Gülən hərəkatı tərəfindən verildiyi ailə bağlı istintaqa başladığı da bildirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb