Ötən həftə "Xidmət” hərəkatının ABŞ-da yaşayan lideri Fətullah Gülənin ölüm xəbərinin yayılmasından sonra Türkiyə mətbuatı onun yerinə keçəcək şəxsi açıqlayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə yerli "Aydınlıq” qəzetinin köşə yazarı Sabahəddin Önkibar öz köşəsində yazıb:
"Sosial şəbəkədə "Fətullah Gülən öldü” xəbəri yayıldıqdan sonra Ankarada böyük bir pıçıltı başladı. Gülən, Mustafa Özcanı vəliəhd seçmiş. Bunu həm əl yazısı ilə bəyan edib, həmdə əsas heyətə şəxsən təbliğ edib. CIA və MOSSAD Güləni buna məcbur edib”.
Qeyd edək ki, ötən həftə sonu Ömər Adıyaman adlı jurnalist Fətullah Gülənin ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsində yatdığını və hətta öldüyünü iddia etmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !