Fətva - vəhhabiliyin islama təsirinin nümunəsi kimi - THE GUARDİAN

15:41 | 10.12.2013
Fətva - vəhhabiliyin islama təsirinin nümunəsi kimi - THE GUARDİAN

Fətva - vəhhabiliyin islama təsirinin nümunəsi kimi - THE GUARDİAN

Endrü BraunUsama Həsən kimi imamın kreasionizmə (dünyanın fövqəlbəşər qüvvə tərəfindən yaradıldığını göstərən inam, dini-metafizik konsepsiya) etiraz etdiyi üçün ölüm təhlükəsiylə rastlaşması biabırçılıqdır. Amma hiddət bizə bundan artığını demir.

Usama Həsən qətl təhlükəsi ilə vəzifədən kənarlaşdırılmayana qədər Leyton məscidinin imamı idi. Bəlkə də bu, nə zamansa sərbəst şərhlər yazıla biləcəyi məqaləyə ən ekstremal reaksiyadır: ölüm təhlükəsi dindaşlarının bir hissəsinin imamın yazdığı məqaləyə reaksiya idi. O, həmin məqaləsində təkamül nəzəriyyəsini müdafiə edirdi. O, öz ailəsini qorumaq üçün bundan sonra iki il ərzində başını qaldırmadı. Bu, öz ailəsini qorumaq məqsədi daşıyırdı. Hazırda o, ekstremizmə qarşı mübarizə üzrə analitik mərkəz olan “Quilliam Foundation”un elmi işçisi kimi yenidən meydana çıxıb.

İstirahət günləri o Solsberidə idi. Müsəlman institutunun qış sessiyasında. Görüşümüz zamanı onunla müsəlmanlar arasında kreasionizm mövzusunu müzakirə etdim. Onun həyat hekayəsi geniş anlamda daha dəhşətlidir, nəinki qısa xülasədə. Bu ruhanı haqqında Birminhemdəki “Green Lane” məscidində fətva verilib. Fətvanın mahiyyəti bundan ibarət idi ki, kim kreasionizmi inkar edirsə, dönükdür və ən yaxşı halda öldürülməlidir. Həmçinin onun başı örtüksüz qadınları dəstəkləməsi, qadınların başlarını bağlayıb-bağlamayacağını onların öz öhdəsinə buraxması, eləcə də dünyəvi idarə üsulu imama ölüm hökmünün verilməsi üçün kifayət etmişdir.Bu cür fikirlər cihatçı dairələrdə yayıldığından, Həsən və onun ailəsi real təhlükə altına düşüblər  və bir müddət polis müdafiəsinə sığınıblar. Bu, Britaniyadakı islama Səudiyyə Ərəbistanı islamının təsirinin nəyə gətirib çıxara biləcəyinin kifayət qədər dəhşətli nümunəsi idi. İnanmaq istərdim ki, gəlmə vaizlər indi öz baxışlarını daha çox ehtiyatla açıq ifadə edəcəklər. Amma inandırıcı sübutlar olmadığı halda hər halda mən bununla bağlı şübhəliliyin tərəfdarı olacam. Vəhhabi İslamı - həqiqətən iyrənc və təhlükəli ideologiyadır.Əlbəttə, biz bunu əvvəl də bilirdik. Amma bunu xatırlatmağa dəyər. Axı onun hekayəsinin diqqətə layiq bəzi kiçik aspektləri də var. Ondan soruşdum ki, onun ittiham edildiyi üç "cinayətdən" hansı ən ciddi hesab edilə bilər? Onların bir-biriylə uyğunlaşmasını anlamaq qərb dərrakəsi üçün deyil. Bizim üçün təkamül elmi nəzəriyyədir, baş örtüyü dəb məsələsidir, dünyəvilik isə siyasi proqramdır. Bu məsələlərin nəinki hamısı, hətta birisinin tərəfini saxlamaq, niyə ölümə səbəb olmalıdır ki? Burda ən böyük qəbahət işlədən kimlərdi? O cavab verdi ki, onlar hamısı eyni cür ciddidirlər, amma bəzi insanlar üçün baş örtüyünün az anlam kəsb etməsi istisna haldır, başqaları üçünsə bu, ən vacib məsələdir. Onlara fanatik kimi baxırlar, çünki onlar bəzi azad məsələləri müsəlman identikliyinin pozulması sayırlar.  Bu ölkədə, əlbəttə, dünyəvilik qaçılmazdır, buna görə də bir çox müsəlman qadınları elmi seçirlər və baş örpəkləri taxmırlar və əksəriyyəti çadradan imtina edirlər. Amma kreasionizm müsəlman eyniliyinin görünməyən qələmi olaraq qala bilər və bəzi əsaslar var ki, sonadək belə qaldığını güman edəsən.Solsberidə auditoriyanın demək olar ki yarısı - kreasionizm tərəfdarlarıdır və onlar bu ölkədə İslamın intellektual elitasının əsas hissəsidir. Bir çoxları həqiqətən də elmi tədqiqatçı kimi işləyirdilər. Amma aydınlaşdı ki, siz həyatınızın başqa sahələrinə təsir etmədən də kreasionist ola bilərsiniz. Həsənin özü Kembricdə nəzəri fizika sahəsində dərəcə alıb və sonra süni intellekt sahəsində həkim dərəcəsinə yüksəlib - amma bütün bu illər ərzində kreasionist olaraq qalıb. O, etiraf edir ki, onun 20 illik "mən"i, ola bilər, onun 40 illik "mən"ini qətlə aparsın.İndi bu məsələylə bağlı nə etmək olar ki? Qısamüddətli perspektivdə, belə görünür, hiddət olduqca faydalıdır. Bəzi şeylər var, məsələn, qətlə yetirməklə bağlı təhdid, yaxşı nümunədir, buna belə cavab vermək olar: "Cəhənnəm olsun, siz bunu heç mədəni ölkədə edə bilmərsiniz". Uzunmüddətli perspektivdə biz sosial dəyişikliklərə ümid etməliyik, bu, yüz minlərlə ürəkdə fərdi dəyişikliyin olması deməkdir. Və bu, aydın şəkildə özbaşınalığı məhdudlaşdıracaq. İş kreasionizmə gələndə, nifrət fövqəladə taktikadır. Əlbəttə, bu, nifrət edilən şəxsdə özünü yaxşı hiss etməsi hissləri doğurur. Amma kreasionizm şəffaf lövhədə görünməyən qələmlə yazmaq eyniliyi kimi qəbul edilib. Nəsildən nəslə ötürüldüyündən nifrət ideyaya yox, ifadə etdiyi eyniliyə yönəldilir. Bu, həqiqətən də öz təcridini və diskriminasiyanı hiss edən azlığın şüurunda işləmir. Assimilyasiya belə bir fərziyyəyə əsaslanır ki, kütləvi mədəniyyət İslamın səudiyyə variantını üstələyir, amma paradoks ondadır ki, o, yalnız o zaman işləyə bilər ki, söhbət assimilyasiya oluna biləcək mədəniyyətlərə əsl hörmətdən gedir.

www.theguardian.com/commentisfree/belief/2013/dec/04/creationist-fatwa-wahhabi-islam-usama-hasan

 Tərcümə: Ramil RahiboğluANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM