Fevral ayı üzrə pensiyalar artımla ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevralın 9-u pensiya ödənişlərini edəcək.
Həmin gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək.
Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək.
Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödəniləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !