Fevral ayı üzrə pensiyalar artımla ödəniləcək

10:41 | 06.02.2024
Fevral ayı üzrə pensiyalar artımla ödəniləcək

Fevral ayı üzrə pensiyalar artımla ödəniləcək

Fevral ayı üzrə pensiyalar artımla ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevralın 9-u pensiya ödənişlərini edəcək.
 
Həmin gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək.
 
Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək.

Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödəniləcək.

Müvafiq qrafikə uyğun olaraq gələn həftə  respublikanın digər bölgələri üzrə fevral ayının pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin bu ay üzrə pensiyalarının da indeksləşdirmə əsasında artırılmış məbləğlə ödənişi nəzərdə tutulub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM