Fevralın 19-u Bakıya qar yağa bilər - AÇIQLAMA

11:46 | 16.02.2019
Fevralın 19-u Bakıya qar yağa bilər - AÇIQLAMA

Fevralın 19-u Bakıya qar yağa bilər - AÇIQLAMA

Dünyanın nüfuzlu weather.com saytının mobil telefonlardakı əlavələri fevralın 19-da Bakıya qar yağacağını proqnozlaşdırır. 
 
Son günlər bölgələrdə və paytaxt Bakıda da qeyri-sabit hava şəraitinin keçməsi bu ehtimalı artırır.


Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Gülşad Məmmədova Qaynarinfo-ya açıqlama verib. Qurum rəsmisi bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində hava şəraiti qeyri-sabitdir: 
 
"Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar müşahidə olunur. Yağıntılı hava şəraiti fevralın 17-si günorta saatlarına qədər davam edəcək. Əgər hər hansı dəyişiklik olarsa, qar gözlənilərsə, əlavə məlumat verəcəyik".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM