Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB

10:33 | 13.01.2021
Sosial şəbəkələrdə fevralın 27-dən Azərbaycanda təhsil müəssisələrinin fəaliyyətə başlayacağı ilə bağlı söz-söhbət dolaşır. 


Xüsusilə "Whatsapp” qruplarında bildirilir ki, fevralın 27-dən ümumtəhsil məktəbləri, universitetlər və kolleclər açılır.


Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıqlamasında bildirdi ki, bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Onun sözlərinə görə, yayılan məlumatlar əsassızdır.


"Bununla bağlı indidən heç nə demək olmaz. Bütün hallarda indiki anda heç bir əsası yoxdur. Bununla bağlı dəfələrlə məlumat vermişik.


Heç kim deyə bilməz ki, təhsil ocaqları nə vaxtdan açılır. Ənənəvi təhsilin başlama vaxtı pandemik vəziyyətdən, pandemiya şəraitindən asılıdır.


Bu qərarı da Operativ Qərargah verir və verilən qərar da sonradan mətbuat vasitəsilə yayılır. İnsanlar sosial şəbəkələrdə müzakirələr aparırlar. Kiminsə arzusu olur, yazır”, - deyə Cəsarət Valehov bildirib. (baku.ws)


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Telegram kanalımıza abunə ol ! tg_kanal