“Fəvvarələr” meydanında aksiya keçirilməsinə imkan verilməyəcək

14:04 | 26.12.2013
“Fəvvarələr” meydanında aksiya keçirilməsinə imkan verilməyəcək

“Fəvvarələr” meydanında aksiya keçirilməsinə imkan verilməyəcək

“Öz şikayətlərini yazılı şəkildə bildirsinlər”.

Bakının “Fəvvarələr” meydanında razılaşdırılmamış aksiya keçirilməsinə imkan verilməyəcək.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.

Rəis müavini qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir:

“Kimlərinsə şikayəti varsa, gedib həmin quruma öz şikayətlərini yazılı şəkildə bildirsinlər və problemlərini hüquqi qaydada həll etsinlər. Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, bunun qarşısı alınacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə Qarabağ qazisi Zaur Həsənovun özünü yandırmasına etiraz olaraq dekabrın 28-də “Fəvvarələr” meydanında aksiya keçiriləcəyi ilə bağlı elanlar yayılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti