Fəxrəddin Manafov xəstəxanalıq oldu

11:48 | 09.12.2013
Fəxrəddin Manafov xəstəxanalıq oldu

Fəxrəddin Manafov xəstəxanalıq oldu

Azərbaycanın xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafov səhhətindəki problemlərə görə xəstəxanaya düşüb. Bu barədə Modern.az saytına F.Manafovun sənətçi həmkarları məlumat veriblər. Bildiriblər ki, xalq artisti möhkəm soyuqladığından bir müddət “Tusi” adına Klinikada müalicə olunub. Məlumata görə, F.Manafovun səhhəti artlıq düzəlib və aktyor dünən klinikanı tərk edərək, evə yazılıb.Modern.az saytının əməkdaşı xalq artistinin özü ilə əlaqə saxlayıb.Fəxrəddin Manafov saytımıza açıqlamasında hazırda sükan raxasında olduğunu və səhhətində  heç bir problemin qalmadığını söyləyib. “Səhhətimdə heç bir problem yoxdu. İnsana soyuq dəyər, xəsətlənər də, burda nə var ki böyütməli” deyə xalq artisti xəbərə əsəbi şəkildə reaksiya verib.  Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndində anadan olub. 1976-80-ci illərdə də M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris Teatrında aktyor kimi fəaliyyət göstərib.1989-1993-cü illərdə «Yuğ» Teatrının aktyoru olub. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında aktyor kimi filmlərə çəkilir.1987-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti