Feysbukdan koronavirusla bağlı qərar

14:51 | 27.02.2020
Feysbukdan koronavirusla bağlı qərar

Feysbukdan koronavirusla bağlı qərar

Dünyanın ən populyar sosial şəbəkəsi feysbuk dünyada yayılan koronavirusla bağlı reklamlara məhdudiyyət qoyacaq.

Anews.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, Feysbuk epidemiya haqqında yanlış informasiya yayan reklamlara qadağa qoyacaq. Məlumata görə, bu qadağa xüsusilə yanlış müalicə metodları təbliğ edən paylaşımlara tətbiq olunacaq.

Qeyd edək ki, feysbuk bu məhdudiyyəti sahibi olduğu İnstaqramda da tətbiq edəcəyini bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb