FHN Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yayıb

09:28 | 05.01.2014
FHN Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yayıb

FHN Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda gecə saatlarında gənc oğlanın körpüdən atılaraq intihar etməsi ilə bağlı məlumat yayıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin  intihar etmək məqsədilə körpünün üzərinə çıxması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Xilasedicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib.

 

Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlərin aparılması üçün cəhd etsələr də, vətəndaş heç bir psixoloji bağlantıya girməyib və intihar niyyətini həyata keçirib. O, körpünün qoruyucu dirəklərinə dəyərək təhlükəsizlik yastığının üzərinə düşüb və dərhal Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM