FHN Bakıda sökülməkdə olan binanın uçması ilə bağlı məlumat yaydı

21:05 | 25.01.2014
FHN Bakıda sökülməkdə olan binanın uçması ilə bağlı məlumat yaydı

FHN Bakıda sökülməkdə olan binanın uçması ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakıda sökülməkdə olan binanın uçması ilə bağlı məlumat yayıb.

FHN-nin yaydığı verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda hal-hazırda yaşayış olmayan, sökülməkdə olan beşmərtəbəli bina uçub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bina uçaraq yaxınlıqda olan avtomobilin üzərinə tökülüb. Nəticədə 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu vəfat edib. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb və binaya yenidən baxış keçiriblər. Əməliyyat saat 17:09-da başa çatıb. Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM