FHN Bakıda daha bir qanunsuz tikintinin qarşısını alıb

19:00 | 24.11.2022
FHN Bakıda daha bir qanunsuz tikintinin qarşısını alıb

FHN Bakıda daha bir qanunsuz tikintinin qarşısını alıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda daha bir qanunsuz tikintinin qarşısını alıb.


FHN-dən verilən məlumata görə, Qaradağ rayonu, Salyan şossesi, 28-30-cu kilometr ünvanında "Caspian Survey and Vetting Services Ltd” MMC tərəfindən müvafiq icazəverici sənədlər olmadan 1000 kvadratmetr sahədə qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.


Göstərilən məsələ ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb