FHN əsgəri özünü bıçaqladı

16:12 | 17.10.2017
FHN əsgəri özünü bıçaqladı

FHN əsgəri özünü bıçaqladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) əsgəri hərbi xidmət vaxtı naməlum şəkildə yaralanıb.

Anews.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, FHN-nin N saylı hərbi hissəsində xidmət edən Xaçmaz rayonunun Ağyazı kəndində anadan olmuş 1997-ci il təvəllüdlü Əliyev Elşad Mərdan oğlu qarın nahiyəsindən 4 bıçaq xəsarəti alıb.

Yaralı əsgər xəstəxanaya yerləşdirilib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadəsində əsəbi olduğunu, bu səbəbdən özünü bıçaqlayaraq, intihara cəhd etdiyini deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, E.Əliyev 4 aydır ki, N saylı hərbi hissədə qulluq edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM