Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti – dördüncü qrup bu gün axşam saatlarında Türkiyəyə yola düşüb.
FHN-dən Anews.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola düşən və fərdi yanğınsöndürmə vasitələri ilə təchiz olunmuş yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !