• $ 1.7
  • € 1.9767
  • ₽ 0.021982
  • ₺ 0.0399
  • £ 2.2619

FHN-in mətbuat katibi danışdı: "Bunun günahı məndə deyil"

FHN-in mətbuat katibi danışdı:
27.03.2019 17:18
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı sosial şəbəkələrdə müzakirə olunan yanğın fonunda çəkilmiş foto ilə bağlı Modern.az-a açıqlama verib.

Y.Babanlı bu fotonun ictimailəşdirilməsini ucuz şou adlandırıb:

"Digər tərəfdən, hər hansı bir jurnalist qəfildən yanımda dayanıb, gülərək foto çəkdirirsə, bunun günahı məndə deyil. Biz ictimai adamıq. Biz vətəndaşa xidmət ediriksə, vətəndaş istənilən situasiyada bizdən nə istəyirsə, biz onu həmən verməyə çalışırıq ki, narazılıq yaranmasın.

İstənilən situasiyada  jurnalistdən tutmuş sıravi vətəndaşa qədər hər kəs bizə yaxınlaşıb məlumat almaq, foto çəkdirmək istəyə bilər. Şəkildəkilərin fotoya hansı şəkildə yansıması artıq onun öz problemidir. Paylaşılan fotoda yanımda dayanan şəxs gülürsə, bunun qəbahətini niyə Yəhya Babanlıya yükləyirlər?!”.


Y.Babanlı baş verən hadisə zamanı təmsil etdiyi qurumun fəaliyyətlərindən birinin də yanğını söndürməkdən ibarət olduğunu vurğulayıb:


"Yaxşı olardı ki, Yəhya Babanlının fotosunu yox, həyatını təhlükəyə ataraq o alovun içinə girən, yanğını söndürən yanğınsöndürənlərin fotosunu ictimailəşdirərdilər”.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda zəncirvari qəza baş verib, 8 maşın toqquşub
Cəmiyyət 23:30
Sumqayıtda zəncirvari qəza baş verib, 8 maşın toqquşub
Bərdə heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq - AQTA
Cəmiyyət 22:31
Bərdə heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq - AQTA
TƏBİB-dən 14 yaşlı qızın ana olması ilə bağlı- Açıqlama
Cəmiyyət 21:40
TƏBİB-dən 14 yaşlı qızın ana olması ilə bağlı- Açıqlama
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərə son söz verilib
Cəmiyyət 21:13
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərə son söz verilib
Xırdalanın bəzi yerlərində qaz kəsilib
Cəmiyyət 21:01
Xırdalanın bəzi yerlərində qaz kəsilib
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Cəmiyyət 20:06
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Deputat Əli Abbasovun mandatı ləğv edilib
Cəmiyyət 19:39
Deputat Əli Abbasovun mandatı ləğv edilib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:02
Sabah bu ərazilərdə qaz olmayacaq
QNET haqqında həqiqətlər
Cəmiyyət 18:49
QNET haqqında həqiqətlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol