Azərbaycan prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrayıl Məhərrəm oğlu Əliyevə daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilməsi haqqında sərəncam imzalayıb. ANN.Az-ın xəbərinə görə, başqa sərəncamlarla Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanının birinci müavini Elmar Ramiz oğlu Hüseynova general-mayor hərbi rütbəsi, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamı İsmayıl oğlu Abdullayevə isə general-leytenant hərbi rütbəsi verilib.Bu gün prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında daha bir sərəncam imzalayıb. Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndikləri və elm, təhsil, tibb sahələrində səmərəli fəaliyyətləri ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar elm xadimi”Qafarov Aydın Məmiş oğlu
“Əməkdar müəllim”Cəfərova Bahar Cumay qızı
“Əməkdar həkim”Şıxlınski Əliağa Osman oğlu.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !