Goranboy rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş veribÖtən gecə saat 21:00 radələrində Goranboy rayonu ərazisində ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ağcakənd-Goran yolunun 10-cu km-də, Safıkürd kəndi ərazisində baş verib.Belə ki, 1983-cü il təvəllüdlü Süphi İsmayılovun idarə etdiyi avtomobil aşıb. Nəticədə sürücü və avtomobildə olan 1981-ci il təvəllüdlü Ziyadxan Kərimov dünyasını dəyişib.Qeyd edək ki, qəzaya uğrayah hər iki şəxs Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdı. Süphi İsmayılov nazirliyin Xocalı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, Ziyadxan Kərimov isə Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşıdır.Faktla bağlı araşdırma aparılır. ANN.Az