FHN Türkiyədəki fəaliyyəti ilə bağlı məlumat yaydı - Video

18:31 | 11.08.2021
FHN Türkiyədəki fəaliyyəti ilə bağlı məlumat yaydı - Video

FHN Türkiyədəki fəaliyyəti ilə bağlı məlumat yaydı - Video

Ötən sutka ərzində FHN-in qüvvələri qardaş Türkiyənin Köyceğiz bölgəsinin Köyceğiz, Pınar, Karayer, Kavacık, Cayhisar, Otmanlar rayonu, Kavaklı dərə bölgəsinin Hüseyn Yayla rayonu və Məntəşə bölgəsinin Yılanlı rayonunda yanğınlarla mübarizə aparıblar.

FHN-dən Anews.az-a verilən məlumata görə, bu rayonlarda müvafiq olaraq yanğınların kəşfiyyatı, söndürülmə və soyutma tədbirləri həyata keçirilib, yanğınların yayılması və infrastruktur obyektlərinə keçməsinin qarşısı alınıb.

Yanğınsöndürmə əməliyyatlarının mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilməsinə baxmayaraq, bir sıra istiqamətlərdə təcili və təxirəsalınmaz tədbirlər çərçivəsində yanğınsöndürmə və xilasetmə bölmələri gecə saatlarında da fəaliyyətlərini davam etdiriblər.

FHN-in yanğın-xilasetmə qüvvələri türkiyəli yanğınsöndürənlərlə birgə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.
Bundan başqa, Köyceğiz istiqamətində yanğınsöndürmə əməliyyatlarına cəlb edilən FHN-ə məxsus "BE-200ÇS” tipli amfibiya təyyarəsi ötən sutka ərzində altı dəfə uçuş həyata keçirməklə 57 ton, helikopter isə 21 dəfə uçuş həyata keçirməklə 53 ton su töküb.
 
 



















www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM